İrandan şok Türkiyə açıqlaması
1. 444 dəfə baxılıb
Həsən Ruhani, Rusiya təyyarəsinin salınmasına görə Türkiyəni günahlandırıb və Ankaranın atəşlə oynadığını qeyd edib.
“Sələf Xəbər” Sputnik.az-a istinadən bildirir ki, İran prezidenti Həsən Ruhani, Türkiyəni sərt sözlərlə tənqid edib. Ruhani Ankaranın ünvanına ağır ittihamlar yönəldib.
“Provokativ hərəkətlərə görə yaşana biləcək hadisələrdən Türkiyə günahkardır”, – deyə İran prezidenti bildirib.
Həsən Ruhani, Rusiya təyyarəsinin salınmasına görə Türkiyəni günahlandırıb və Ankaranın atəşlə oynadığını qeyd edib.
Noyabrın 24-də səhər saatlarında Türk ordusu Suriya ilə sərhəddə “Su-24”döyüş təyyarəsini vurub. Ölkənin Baş Qərargahından verilən açıqlamada, döyüş təyyarəsi Türkiyənin hava məkanını pozduğu üçün vurulub. Daha sonra həmin təyyarənin Rusiyaya aid olduğu üzə çıxıb.