İraq ordusu daha bir şəhəri İŞİD-dən azad etdi
753 dəfə baxılıb
Hökumət qüvvələri Əl-Qəyyar üzərində nəzarəti tam ələ keçiriblər.
İraq ordusu Mosulun cənubunda Əl-Qəyyar yaşayış məntəqəsini terroçulardan tamamən azad ediblər.
Selefxeber.az-ın məlumatına görə Oxu.Az xəbər verir ki, bu barədə Anadolu agentliyinə İraq ordusunun polkovniki Emin Şeyhani bildirib.
“İki gün davam edən intensiv döyüşlər nəticəsində Əl-Qəyyar tamamən terrorçulardan azad edilib, hökumət binaları üzərində İraq bayrağı qaldırılıb”.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri yaşayış məntəqəsindən bütün çıxışları nəzarət altına alıblar, yaraqlılar məntəqəni tərk edə bilməyiblər. Döyüşlər zamanı Əl-Qəyyarın mərkəzində çoxlu sayda İŞİD terrorçusu məhv edilib.
İraq ordusu bu ərəfədə Mosuldan 60 km cənubda yerləşən Əl-Qəyyarı mühasirəyə alıb.
İraqın Müdafiə Nazirliyi iyunun 12-də Mosulun cənubunda yerləşən rayonların terrorçulardan azad edilməsinə dair əməliyyatların ikinci mərhələsinin başlanmasını elan edib.
Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”