Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İraq ordusu strateji rayonu İŞİD-dən azad edib

Avqust 26
16:18 2015

İraq ordusu könüllülərin köməkliyi ilə Əl-Anbar vilayətində Cbar strateji rayonu İŞİD terror xəvaric qruplaşmasından azad edib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ərəb dilində yayınlanan Amerikanın “Sava” radiostansiyası məlumat yayıb.

“Birləşmiş qüvvələr Hit dairəsində Cbat rayonunu azad etməyə müvəffəq olub”, – deyə könüllülər dəstəsinin komandirlərindən biri radioya bildirib.

Qeyd edilən rayonda “Əyn Əl Əsəd” hərbi-hava bazası yerləşir. Bu bazada amerikalı təlimatçılar iraqlı hərbçilərə və könüllülərə hərbi təlim keçir. Anbar əyalətinin qərb hissəsində keçirilən əməliyyatlar məhz aviabazasından idarə olunur.

İraq ordusu bundan əvvəl iyunun sonunda Cbat rayonunu nəzarətə almışdı, lakin terrorçular qısa müddətdən sonra rayonu yenidən zəbt etmişdi.

Qeyd edək ki, Əl Anbar əyalətinin ən iri Əl Faluca və Ər Rəmadi şəhərləri daxil olmaqla 3/2 hissəsi 2014-cü ilin əvvəlindən İŞİD terror xəvaric qruplaşmasının nəzarətindədir.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər