Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İraq prezidenti: “Tarixin ən təhlükəli terrorçu qruplaşması ilə üzləşmişik”

Sentyabr 16
19:09 2014

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Parisdə “İraqda təhlükəsizlik və sülh” mövzusunda beynəlxalq konfrans başlayıb.

Konfransda ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Danimarka, Türkiyə, Hollandiya, İraq, İngiltərə, İspaniya, İtaliya, Kanada, Qətər, Küveyt, Livan, Misir, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, Oman, Bəhreyn, Yaponiya, İordaniya, Ərəb Ölkələri Liqası, Avropa İttifaqı və BMT nümayəndələri İŞİD terror xəvaric qruplaşması ilə qarşı mübarizə planını müzakirə edəcəklər.

Tədbirdə çıxış edən İraq prezidenti Fuad Məsum ölkəsinin tarixin ən qorxunc terrorçu qruplaşması ilə üzləşdiyini bildirib. O qeyd edib ki, İŞİD terror xəvaric qruplaşmasının üzvləri onlar kimi düşünməyən hər kəsə ağır işgəncələr verirlər və qətlə yetirirlər.

“Dünya birliyini İŞİD-in mövqelərinə havadan zərbələr endirməyə çağırırıq”, – deyə o vurğulayıb.

Fransa prezidenti Fransua Olland isə bildirib ki, sammitin başlıca məqsədi İŞİD-lə mübarizədə İraq hökumətinə lazımi dəstək verməkdir: “Vaxt itirmək olmaz, bölgə humanitar yardıma möhtacdır. Qadın və uşaqların daha çox zərər çəkməməsi üçün dəqiq addımlar atılmalıdır”.

Avropalıların İŞİD-ə qoşulmasına gəldikdə isə Fransa prezidenti gənclərin aldadılaraq bu cür terror qruplaşmalarına qoşulmasının qarşısının alınmasının vacibliyini vurğulayıb. F. Olland həmçinin qeyd edib ki, Suriya müxalifətinə və Liviyaya dəstək veriləcək.

 Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil” (Muslim).

Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).

Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!” (Tirmizi).”

Digər xəbərlər