Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İraq Türkiyənin yanında olduğunu bəyan edib

Avqust 05
14:51 2015

İraq prezidentinin köməkçisi Usamə ən-Nuceyfi Türkiyənin İraq səfiri Faruk Qaymaqçını Bağdaddakı ofisində qəbul edib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Nuceyfi Türkiyənin İŞİD terror xəvaric qruplaşması ilə mübarizəsindəki rolunun önəmli olduğunu bildirib.

Nuceyfinin ofisindən verilən yazılı açıqlamada İŞİD terror xəvaric qruplaşması ilə mübarizədə Türkiyənin rolu və bu rolun gücləndirilməsinin əhəmiyyətli olduğu qeyd edilib:

“Terror təkcə İraqı deyil, beynəlxalq ictimaiyyəti və humanist dəyərləri də hədəf alır. Bu böyük təhlükəni ortadan qaldırmaq üçün əməkdaşlıq etmək lazımdır”.

Türkiyə səfiri də ölkəsinin İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizəsindəki səyi və terrorun kökünü kəsməyə qarşı işlərdə iştirakını vurğulayıb, həmçinin ölkəsinin yaxın günlərdə İraqa göndərilən suyun miqdarını artıracağını açıqlayıb.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər