Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İraq və Suriyada gedən müharibələrin iç üzü

Noyabr 14
17:36 2014

“Sələf Xəbər” www.sondakika.com saytına istinadən xəbər verir ki, İraq və Suriyadakı neft və təbii qaz yataqlarını göstərən xəritə, baş verən şiddətin əsl səbəbini bir daha üzə çıxarıb.

Anadolu Agentliyinin Twitter hesabı vasitəsilə paylaşdığı xəritə, son vaxtlar “din və məzhəb” savaşı altında baş verən şiddətin, əslində neft və təbii qaz üçün olduğu gerçəyini bir daha sübut edib.

İraq və Suriyada neft və təbii qaz yataqları səbəbi ilə çəkişmə getdikcə artır. Mütəxəssislər iki ölkənin enerji yataqları səbəbi ilə İŞİD terror xəvaric qruplaşması tərəfindən təhlükəyə məruz qalmağa davam etdiyini, lakin təşkilatın verdiyi itkilər səbəbi ilə irəliləyişinin zəiflədiyini bildirib.

İŞİD terror xəvaric qruplaşması keçən həftə Suriyanın Humus qəsəbəsindəki Şaar və Cahar qaz yataqlarını ələ keçirmiş, həftə sonuna doğru isə Əsəd rejimi ilə əlaqəli qoşunlar yataqları geri aldıqlarını açıqlamışdılar. ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələri də təşkilatın nəzarət etdiyi neft, təbii qaz yataqları və təmizləyici zavodlarına hücumlar planlaşdırır.

Beici təmizləyici zavodunun yerləşdiyi rayon geri alınıb
Təşkilatın nəzarətindəki Deyr əz-Zor şəhərində yerləşən Tanak neft yatağının koalisiya hücumları nəticəsində İŞİD terror xəvaric qruplaşması döyüşçülərindən təmizləndiyi bildirilib. Eyni zamanda, İraqda İŞİD terror xəvaric qruplaşmasının iyun ayından bəri blokadada saxladığı Beici neft təmizləyici zavodundan çıxarmaq üçün də güclü səylər göstərildiyi bildirilir. İraq Müdafiə Nazirliyi bu gün verdiyi açıqlamada, Beici təmizləyici zavodunun yerləşdiyi rayonun geri alındığını elan edib. Mütəxəssislər hər iki ölkənin enerji yataqları səbəbi ilə İŞİD terror xəvaric qruplaşması tərəfindən təhlükəyə məruz qalmağa davam etdiyini, digər tərəfdən isə təşkilatın böyük itkilər verdiyini hesab edir.

Vaşinqtonda yerləşən Wilson Center araşdırma mərkəzinin İraq üzrə mütəxəssisi Marina Ottovey Anadolu Agentliyinin müxbirinə verdiyi açıqlamada, “İŞİD bütün neft və təbii qaz yataqlarını ələ keçirməyə məcburdur, çünki bunlar əsas maliyyə mənbələridir. Lakin, bunlar sadəcə maliyyə mənbəyi və enerji qaynaqları strategiyası olmasa da, döyüşlərə davam edərdi” – deyib.

İŞİD terror xəvaric qruplaşmasının İraq Kürd Regional Rəhbərliyinin sərhədlərinə girməsinin səbəbinin neft olduğunu hesab edən Ottovey, “Peşmerqe qurudan və ABŞ isə havadan hücum etdiyi müddətcə İŞİD-in məqsədinə çatacağına inanmıram” ifadəsini işlədib.

Qaz yataqlarında da münaqişə mövcuddur
İraqın Süleymaniyə şəhərindəki Amerika Universiteti müəllim heyətinin üzvü Doktor Bilal Vahab, İŞİD terror xəvaric qruplaşmasının Telaferdəki “Akkaz” qaz yatağı üçün ciddi təhlükə olduğunu, lakin təşkilatın o yatağı nəzarətə keçirəcəyinin çox da mümkün olmadığını bildirib. Vahab, qazın neft kimi hasil edilmədiyini xatırladaraq, “İŞİD İraqdakı qaz yataqlarını nəzarət altına keçirsə də, onları neft kimi asanlıqla pula çevirə bilməz” deyib.

Oklahoma Universiteti Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru və Suriya üzrə mütəxəssis Coşua Landis də Suriyadakı son vəziyyətlə əlaqəli bunları deyib: “Humusdakı qaz yataqları səbəbi ilə çəkişmə davam edir. Deyr əz-Zor və Hasekedə də qaz yataqları var, lakin onlar ya YPG-nin, ya da hökumətin əlindədirlər. Bunlara kimin nəzarət etdiyinə dair dəqiq məlumat yoxdur. Ən böyük neft yatağı Əbu Rabah rejimin əlindədir. Bundan əlavə ölkənin cənubundakı Kumkum, Sadad, Breyij, Deir Atiyeh, Balaas və Fayd yataqları da var.

İŞİD terror xəvaric qruplaşmasının hakimiyyəti altındakı bölgələr
İŞİD Suriyada Mumbuc, neft bölgəsi olan Rakka və İraq sərhədinə yaxın Deyr əz-Zor şəhərlərini nəzarəti altında saxlayır. Təşkilat ölkənin ən böyük neft yatağı olan və gündəlik 75 min barrel neft hasil etmək həcminə malik “Əl-Ömər” yatağına da nəzarət edir. Təşkilatın Rakkada neft hasil etdiyi və bu hasilatın böyük bir qismini Əsəd rejiminə satdığına dair iddialar da var. İraqda Sünni Ərəb bölgəsinin mühüm bir qismi İŞİD terror xəvaric qruplaşmasının əlindədir. Anbar əyalətinin Felluce və Ramadi qəsəbələri, ölkənin ən böyük ikinci qəsəbəsi olan Mosul, Tikrit və Telafer və Səlahəddin və Diyalanın bəzi bölgələri də İŞİD terror xəvaric qruplaşmasının hakimiyyəti dairəsindədir.

 Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil” (Muslim).

Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).

Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!” (Tirmizi).”

Digər xəbərlər