Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İraq XİN: İŞİD insanlardan “canlı sipər” kimi istifadə edir

May 25
15:58 2016

Terrorçular məktəb, ev və xəstəxanalarda gizlənirlər.

İŞİD terror xəvaric qruplaşmasının üzvləri İraqın Əl-Fəlluca şəhərinin sakinlərindən “canlı sipər” kimi istifadə edirlər.

“Sələf Xəbər” “Report”a istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd Camal “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, terrorçular mülki tikililər arasında, həmçinin məktəb, ev və xəstəxanalarda gizlənirlər.

İraqın təhlükəsizlik qüvvələri Bağdadın 60 km. qərbində yerləşən Əl-Fəlluca şəhərinə hücum zamanı mülki əhali arasında itkilərin qarşısını almaq üçün genişmiqyaslı iş aparıb.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər