Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İraqda 130 İŞİD silahlısı məhv edilib

İyul 17
17:22 2015

İraqın hərbi aviasiyası Anbar əyalətində sutka ərzində 130 İŞİD xəvaric terror qruplaşmasının silahlısını məhv edib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə İraqın Müdafiə nazirliyi açıqlama yayıb.

“Hərbi-Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Əl-Haldiyə şəhəri ətrafında 60 ekstremist, 14 nəqliyyat vasitəsi və 8 hərbi istehkam, Ər-Ramadi şəhərində isə 70 terrorçu məhv edilib”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, iyulun 13-də İraqın hərbi komandanlığı İŞİD xəvaric terror qruplaşmasının Anbar vilayətindəki mövqelərinə doğru hücuma keçib. Keçirilən əməliyyatın əsas hədəfi terrorçuların nəzarəti altında olan Ər-Ramadi və Əl-Faluca şəhərləridir.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.

Digər xəbərlər