İraqda 365 İŞİD-çinin cəsədi olan məzar tapılıb
589 dəfə baxılıb
İraq Silahlı Qüvvələri Beyci şəhəri yaxınlığında 19 kütləvi məzarlıq aşkarlandığını bəyan edib.
“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, bu barədə “The Strait Times” məlumat yayıb. Məzarlıqlarda İŞİD terror xəvaric qruplaşması üzvü olan 365 silahlının cəsədi tapılıb. İraq ordusunun zabiti cəsədlərin nə zaman basdırıldığı və onların İŞİD terror xəvaric qruplaşması üzvləri olmasının necə müəyyənləşdirildiyini dəqiqləşdirməyib.
Xatırladaq ki, oktyabrın 19-da İraq hərbçiləri terrorçuların nəzarətində olan Beyci şəhərini azad ediblər. Strateji cəhətdən mühüm ərazi olan Beycidə ölkənin ən iri neftayırma zavodu yerləşir. Beyci İraqın İŞİD terror xəvaric qruplaşmasının nəzarətində olan ikinci ən böyük şəhəri Mosuldan 150 km aralıda yerləşir.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların- İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.