İraqda İŞİD-in “maliyyə naziri” öldürülüb
819 dəfə baxılıb
İraqın Əl-Fəluca şəhərində İŞİD terror xəvaric qruplaşmasının “maliyyə naziri” məhv edilib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “İraqi News” portalı məlumat yayıb.
Məlumata görə, İŞİD terror xəvaric qruplaşmasının “maliyyə naziri” kimi tanınan İbrahim Yassam Fazax İraq silahlı qüvvələrinin snayperinin gülləsinə tuş gəlib.
Qeyd edək ki, bundan əvvəl İraqın Hərbi-Hava Qüvvələri Əl-Fəlucanın İŞİD terror xəvaric qruplaşmasından olan qondarma merini hava zərbəsi nəticəsində məhv edib
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül MÜhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır . Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.