Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İraqda məscidin qarşısında partlayış törədilib

May 09
13:22 2015

İraqın şərqində məscidin qarşısında törədilən iki partlayış nəticəsində 17 nəfər ölüb, 37 nəfər xəsarət alıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, partlayış dindarların Cümə namazından sonra məsciddən çıxdıqları vaxt baş verib.

Partlayıcı qurğu məscidin qarşısında saxlanılan avtomobilə qoyulub. Birinci partlayışdan sonra terrorçu-kamikadze ikinci partlayıcı qurğunu işə salıb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər