İraqda terror aktı: general öldü, 9 nəfər yaralandı
Noyabr 08
15:13
2014
904 dəfə baxılıb
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, İraqın şimalındakı Bayci şəhərində terrorçu-intiharçının avtomobili partlatması nəticəsində polis general-mayoru həlak olub.
Bu barədə dünən Livanın “Daily Star” qəzeti yazıb.
İnsident zamanı 9 polis əməkdaşı yaralanıb. Nəşrin qeyd etdiyinə görə, Baycidə İraq təhlükəsizlik qüvvələri və “İŞİD” qruplaşmasının silahlıları arasında döyüşlər gedir.
Sələf Xəbər: XX-ci əsrin nüfuzlu İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir, və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahının “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir” (Müqəddəs Quran, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur.” (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları).