Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İraqda terror aktları nəticəsində 13 ölü, 40 yaralı

May 17
18:26 2016

İraqın paytaxtı Bağdad şəhərində dalbadal iki bomba partlayıb.

“Sələf Xəbər” Ölkə.Az-a istinadən xəbər verir ki, Bağdadın Əş-Şaab rayonunda baş vermiş terror aktı nəticəsində 7 nəfər ölüb, 21 nəfər isə yaralanıb.

İkinci terror aktı isə İraq paytaxtının Ər-Rəşid rayonunda baş verib. Bu qanlı terror aktının nəticəsində isə 6 nəfərin öldüyü, 19 nəfərin isə yaralandığı bildirilir. Ümumilikdə isə İraq paytaxtında terror aktları nəticəsində 13 nəfər ölüb, 40 nəfərdən çox insan isə yaralanıb.

Partlayışları hələlik heç bir qruplaşma öz üzərinə götürməsə də, bu terror aktlarının da İŞİD terror xəvaric qruplaşması tərəfindən törədildiyi güman olunur.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər