Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İraqda törədilən terror aktlarında 64 nəfər ölüb

Mart 07
16:24 2016

İraqda törədilən terror aktlarında 64 nəfər həlak olub.

İraqın Babil əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 60 nəfər həlak olub.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, maşın polis postu yaxınlığında partladılıb.

Bundan başqa, Əbu-Qreyb şəhərində və daha bir yaşayış məntəqəsində də partlayışlar törədilib. Bu partlayışlarda isə 4 nəfər ölüb.

Hücumlara görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Qeyd edək ki, BMT-nin məlumatına görə, bu ilin fevral ayında İraqda törədilən terror aktlarında 670 nəfər həlak olub, 1000-dən çoxu yaralanıb. Ölən və yaralananların əksəriyyəti dinc sakinlərdir.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər