Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İraqda vəba xəstəliyi yayılıb

Noyabr 07
16:26 2015

BMT-nin Uşaq Fondu xəstəliyin yağışla daha geniş miqyasda yayılacağından ehtiyat edir.
İraqda vəba (xolera) xəstəliyinə yoluxanların sayı 2 200 nəfəri keçib.

“Sələf Xəbər” “Report”-a istinadən xəbər verir ki, bu haqda BMT baş katibinin təmsilçisi Stefan Düjarrik məlumat verib.

Onun sözlərinə görə, BMT-nin Uşaq Fondu (UNİCEF) xəstəliyin yağışla daha geniş miqyasda yayılacağından ehtiyat edir. İraqda vəba bu il sentyabrın ortalarında baş qaldırıb. Xəstəliyə yoluxanlar daha çox ölkə paytaxtı Bağdadda və Babil əyalətlərində qeydə alınıb.
Həkimlərin fikrincə, xəstəlik yararsız sudan və ya ərzaqdan istifadə səbəbindən yayılıb.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bir yerdə vəba olduğunu eşitdiyiniz zaman o yerə, xəstəliyin yanına getməyin. Olduğunuz yerdə vəba aşkar edildikdə də vəbadan qaçaraq o yerdən çıxmayın”. (Bu hədisi Müslim, Əbu Davud, Tirmizi, Nəsəi, İbn Macə və Əhməd öz kitablarında vermişlər.)

Digər xəbərlər