İraqın daha bir şəhəri İŞİD-dən alınıb
701 dəfə baxılıb
İraq ordusu bir neçə həftə davam edən qızğın döyüşlərdən sonra Hit şəhərini İŞİD terror xəvaric qruplaşması silahlılarından azad edib.
“Sələf Xəbər”in Lent.az-a istinadən verdiyi xəbərə görə, bu barədə İraq ordusu komandanlığının açıqlamasında bildirilir.
Ərəfat çayı sahilində yerləşən və 100 min nəfər əhalisi olan Hit şəhərinin strateji əhəmiyyətə malik olduğu qeyd olunur.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)