Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İraqın mühüm ərazisi İŞİD silahlılarından təmizlənib

Sentyabr 09
17:51 2014

“Sələf Xəbər”-in BBC Azərbaycanca-ya istinadən verdiyi xəbərə görə, İraq hökumətinin əsgərləri bildirib ki, ABŞ-ın hava zərbələrindən sonra strateji əhəmiyyət daşıyan Haditha bəndinin ətrafındakı iri ərazisi “İslam Dövlətinin” (İŞİD) terror xəvaric qruplaşmasının döyüşçülərindən azad edilib.

Cihadçılar Anbar vilayətində, Fərat çayındakı bəndi dəfələrlə zəbt etməyə çalışıblar. İlk dəfədir ki, ABŞ hava zərbələrini şimali İraqdan kənarda həyata keçirib.

“Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Muslim).

Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)

Digər xəbərlər