İraqın şimalı İD-dən təmizlənir
Sentyabr 03
15:45
2014
891 dəfə baxılıb
APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, İraqda 33 yaşayış məntəqəsi “İslam Dövləti” (İD) xəvaric qruplaşmasından “təmizlənib”.
İraq ordusu, kürd Peşmərgə dəstələri və şiə könüllüləri birgə əməliyyat keçirərək Süleymanbek yaşayış məntəqəsini azad ediblər. Nəticədə Əmirli-Kərkük yolu təkrar açılıb və üç bölgə üzərində nəzarət bərpa olunub.
Bildirilir ki, “İslam Dövləti” xəvaric qruplaşmasına qarşı irimiqyaslı əməliyyat hazırlanmaqdadır.
“Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Muslim).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)