İSESCO baş direktoru: “Biz dünyaya bildirmәliyik ki, bu cinayətlәr İslam demək deyil”
2. 124 dəfə baxılıb
“İslam sülh, tolerantlıq vә müxtәlifliklәrә hörmәt dinidir”.
“İslam cinayәtkarların hәyata keçirdiyi terror aktlarına görә mәsuliyyәt daşımır”.
“Sələf Xəbər”in APA-ya istinadən mәlumatına görә, bu sözlәri İSESCO-nun baş direktoru Әbdülәziz Osman әl Tüveycri deyib. O bildirib ki, cinayәtkarlıq heç bir dinlә vә mәdәniyyәtlә әlaqәli deyil: “Bütün mәdәniyyәt vә cәmiyyәtlәrdә cinayәtkarlar var. Biz buddistlәrin buddizmә qarşı, xristianların xristianlara qarşı törәtdiyi cinayәtlәri dinlә bağlaya bilmәrik. Müәyyәn müsәlmanların İslama qarşı terror aktları vә cinayәtlәri dә dinlə əlaqələndirilə bilmәz. Bu, әdalәtli, obyektiv deyil. İslam sülh, tolerantlıq vә müxtәlifliklәrә hörmәt dinidir. Biz dünyaya bildirmәliyik ki, bu cinayətlәr İslam demək deyil. Parisdә baş verәn terror aktlarını pislәyirik. Necә ki, Yәmәndә, Suriyada, İraqda baş verәn terror aktlarını da qınayırıq. Terror terrordur vә bunun dinlә heç bir әlaqәsi yoxdur”.
Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?
Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.
Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.
Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)