İŞİD-in qızıl “islam dinarı” – FOTO
810 dəfə baxılıb
Sikkənin dəyəri, təxminən 139 dollardır.
“İslam dövləti”- İŞİD terror xəvaric qruplaşması nəzarətlərində olan ərazidə dövriyyəyə şəxsi valyutasını buraxıb. Valyuta “islam dinarı” adını alıb, bir qızıl dinar 139 dollara bərabərdir.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.
Nəzarətdə olan ərazilərdə valyuta yaxın gələcəkdə geniş yayılmalıdır. Şəxsi valyutanın çıxarılması qruplaşmanın “iblisin qlobal iqtisadiyyatından qorunmaq” səyindən irəli gəlir.
Nəşr qeyd edib ki, şəxsi valyutanın emissiyasına əsas olaraq 630-cu il Osman xəlifənin dövründə istifadə edilən dinar götürülüb. İŞİD terror xəvaric qruplaşmasının sikkələrinin üzərində Qurana aid yeddi sünbül və dünya xəritəsi təsvir edilib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti”- İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının – İslama aidiyyəti yoxdur”.