Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD müsəlman jurnalisti edam edib

May 20
19:45 2015

İraq və Şam İslam Dövləti – İŞİD terror xəvaric qruplaşması yaraqlıları onlara sədaqət andı içməkdən imtina edən jurnalisti edam edib.

“Sələf Xəbər” AzVision.az-a istinadən bu barədə xəbər verir.

Məlumata əsasən, terrorçular Mosul şəhərində İraq telejurnalistikasının veteranı Firas əl-Bahri öldürülüb.

“İslamçılar jurnalistdən terrorçulara sədaqət andı içməyi tələb edib, lakin o imtina edib və yaraqlılar onu öldürüblər”, – deyə Kürdüstan jurnalistlər birliyinin rəhbəri Əkrəm Süleyman bildirib.

Terrorçular əl-Bahrini üç həftəyə yaxın müddətdə girovluqda saxlayıb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər