Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD 11 sentyabr terror aktlarını təkrarlamaqla hədələyib

Aprel 11
20:13 2015

“İraq və Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması ABŞ-da 2001-ci il 11 sentyabr tarixli terror aktlarını təkrarlamağı vəd etmişdir.

“Sələf Xəbər” “Azərbaycan” qəzetinə istinadən bildirir ki, bu barədə İTAR-TASS agentliyi xəbər verir.
Məlumata görə, qruplaşmanın internetdəki xəbərləri “BizYenidənAmerikanıYandıracağıq” heşteqi ilə birləşdirilmişdir. Aksiyanın ilk günündə bu söz birləşməsindən istifadə sayı 15 minə çatmışdır.

Postlarda 11 sentyabr terror aktları və Qərb ölkələrində həyata keçirilmiş hücumlar tez-tez xatırlanır. Eyni zamanda, yeni irimiqyaslı terror aktlarının törədilməsi planlarından söhbət açılır.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də “əl-Qaidə” təşkilatı ABŞ-da terror hücumları həyata keçirmişdir. Ekstremistlərin qaçırdığı iki təyyarə Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin göydələnlərinə, bir təyyarə isə Pentaqonun binasına çırpılmışdır. Ümumilikdə 3 min nəfər həlak olmuşdur.

Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində, İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (“Şərhu usul ət-təfsir”)

Digər xəbərlər