Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD 126 üzvünü edam edib

Aprel 29
20:25 2015

“İraq Şam İslam Dövləti”- İŞİD terror xəvaric qruplaşması bu günə qədər Suriyada 2 mindən çox insanı edam edib.

“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, Suriya İnsan Haqları Müşahidə Mərkəzinin (SOHR) yaydığı məlumata görə, 1362-i nəfəri mülki şəxs olan 2154 nəfər edam olunub.

İŞİD terror xəvaric qruplaşmasının daha çox sünni bölgəsində qətliam törətdiyi, belə ki, bu bölgədə 930 nəfəri edam etdiyi bildirilir. Terror təşkilatının qurbanları arasında İŞİD tərəfdarı olan 126 nəfər, eləcə də “Əl-Nüsra” cəbhəsində vuruşan 137 terrorçu var.

SOHR-ın hesabatına görə, edamlar əsasən qurbanı daş-qalaq edərək və ya güllələyərək həyata keçirilib.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər