İŞİD 127 uşağı oğurlayıb
652 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması döyüşçüləri İraqın şimalındakı Mosul şəhərində 127 uşağı oğurlayıb.
Oğurlanmış uşaqları onlar üçün təşkil olunan xüsusi düşərgələrdə yerləşdirəcəklər.
“Sələf Xəbər” A24.az-a istinadən bildirir ki, əsir götürülən uşaqlar, təxminən 11-15 yaş arasındadırlar. İŞİD terror xəvaric qruplaşması döyüşçüləri oğurlanan uşaqları xüsusi rejimdə saxlayacaqlarını, silahla necə davranmaq lazım olduğunu, terror aktlarını necə təşkil etmək kimi göstərişləri verəcəklərini deyirlər.
Bu terrorçuların ilk belə addımı deyil. Bundan əvvəl də İŞİD terror xəvaric qruplaşması dəfələrlə uşaqları əsir götürərək onlara xüsusi təlimlər keçib və döyüşlərdə iştirak etməyə məcbur ediblər.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və buyururdu: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)