İŞİD 1800 uşağı terrorçuya döndərib
656 dəfə baxılıb
İŞİD terror təşkilatı Suriyada keçən il ərzində 1800-dən çox azyaşlı uşağı silahlandıraraq öz sıralarına qatıb.
“Sələf Xəbər” Ölkə.az-a istinadən xəbər verir ki, bu haqda Suriyadakı məlumatlı qaynaqlar xəbər verirlər.
Məlumata görə, İŞİD terror xəvaric qruplaşmasının əsgərinə çevrilmiş bu uşaqlardan 350 nəfəri indiyədək döyüşlərdə ölüb, onlardan 50 nəfəri isə terrorçu-kamikadze kimi özlərini partladıblar.
Xatırladırıq ki, İŞİD terror xəvaric qruplaşması sıralarını genişləndirmək üçün yeniyetmə gənclər arasında təbliğat aparır və sıralarına qatdığı uşaqlara düşərgələrdə təlim keçərək onları terrorçuya döndərir.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.