İŞİD 21 misirlini edam edib! – VİDEO
Fevral 16
17:28
2015
2. 017 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması Liviyada saxladığı 21 misirlini öldürüb.
“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən bildirir ki, İŞİD terror xəvaric qruplaşması 21 misirlini öldürdüyü iddiasıyla yeni bir video material yayınlayıb.
Videoda, əvvəlkilərdə olduğu kimi qaçırılan 21 nəfərin narıncı paltarlar geymiş olduğu görünür.
Misirlilərin qətlə yetirildiyi 5 dəqiqəlik videoda “Xaçlıların xalqı”, “düşmən Misir kilsəsinin camaatı” başlığı atılıb.
Qeyd edək ki, Misir Xarici İşlər Nazirliyi, həmin sayda misirlilərin qaçırıldığını təsdiqləmişdi.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam Dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları belə adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam Dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının – İslama aidiyyəti yoxdur”.