İŞİD 230 nəfəri girov götürüb
795 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması 230 dinc sakini girov götürüb.
“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, girov götürülənlərin 60-ı xristiandır.
Qeyd edək ki, hadisə ötən gün İŞİD terror xəvaric qruplaşmasının ələ keçirdiyi əl-Karyateyn (Homs vilayəti) şəhərində baş verib.
Girovlar arasında qadınlar və uşaqlar da var.
Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” – İŞİD terror xəvaric qruplaşması silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD terror xəvaric qruplaşması yaraqlıları tərəfindən ələ keçirilib.
İyunun sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.