Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD 400 uşağı qaçırdıb

İyun 01
12:38 2015

İŞİD terror xəvaric qruplaşmasının İraqın Ənbar vilayətindən, təxminən 400 uşağı qaçırdığı bildirilib.

“Sələf Xəbər”in Türkiyə mətbuatına istinadən məlumatına görə, Ənbar vilayəti məclis üzvü Fərhan Məhəmməd xəbər verib ki, İŞİD terror xəvaric qruplaşmasının silahlıları bir həftədir İraqın Ənbar vilayətinin qərbində yerləşən Ər-Ratba, Əl-Qaim, Anə, Ravə şəhərlərindən olan 400 uşağı yığaraq həmin ölkədəki və Suriyadakı qərargahlarına aparıblar.

O bildirib ki, İŞİD terror xəvaric qruplaşmasının silahlıları nəzarət altında saxladıqları yerlərdəki bütün uşaqları terror aktlarında istifadə edə biləcəkləri barədə xəbərdarlıq da ediblər.

Diyala vilayəti polis idarəsinin müdiri Casim əs-Səidi də uşaqların qaçırılması barədə xəbəri təsdiq edib. O da uşaqların Suriyaya keçirilərək, canlı bomba kimi hadisələrə təhrik edilə biləcəyindən ehtiyat etdiyini bildirib.

İŞİD terror xəvaric qruplaşmasının silah altına aldığı uşaqlara hərbi təhsil verəcəyini deyən Səidi onu da dilə gətirib ki, İŞİD terror xəvaric qruplaşması nəzarətə götürdüyü regionlardan yaşları 16-nı keçməyən uşaqları müxtəlif formalarda cəlb edərək və ya beyinlərini yuyaraq intiharlarda istifadə edəcəyi şübhəsizdir.

Sələf Xəbər: Təəssüf ki, bəzi insanlar dini şüarlardan istifadə edərək fəsadın müxtəlif növlərinə əl atırlar. Bununla (terror aktları və kamikadzelər ilə) əlaqədar olaraq XX əsrin görkəmli sünni alimi, mərhum Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eybli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fatava İbn Baz”, 7/120)

Digər xəbərlər