Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD 48 nəfəri edam edib

May 31
16:00 2016

Suriyada İŞİD terror xəvaric qruplaşmasının silahlıları kürdlərin başçılıq etdiyi “Suriya Demokratik Qüvvələri” ilə əlaqədə şübhəli bilinən 48 nəfəri edam edib.

“Sələf Xəbər”in Milli.az-a istinadən verdiyi xəbərə görə, hadisə mayın 27-də baş verib.

Bildirilir ki, silahlılar dinc sakinləri bir yerə toplayaraq edam ediblər. Qeyd edək ki, “Suriya Demokratik Qüvvələri” hazırda İŞİD terror xəvaric qruplaşmasının nəzarəti altında olan Suriyanın Rakka və Tabka şəhərlərinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edir.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər