İŞİD 5 liviyalı jurnalisti öldürüb
Aprel 28
20:09
2015
670 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşmasının silahlıları Liviya telekanalının (Libyan TV) 5 jurnalistini öldürüb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə hərbi mənbələr bildirib.
Jurnalistlərin meyitləri Bayda şəhərinin yaxınlığında aşkar olunub.
Benqazi şəhərinə yollanan jurnalistlər ötən ilin avqust ayından etibarən itkin düşmüş hesab edilirdilər.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayya əl-asriyyə”, 47)