Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD 700-dək dinc sakini mühasirəyə alıb

Oktyabr 23
19:22 2014

APA-nın “İTAR-TASS”-a istinadən verdiyi xəbərə görə, İŞİD terror xəvaric qruplaşmasının qüvvələrinin ələ keçirməyə çalışdığı Suriyanın Kobani şəhərinin mərkəzində 700 nəfər mühasirədə qalıb.

Bu barədə jurnalistlərə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bildirib.

“Yüzlərlə Kobani sakini şəhərin mərkəzini tərk edə bilmir. Onlar, təxminən, 700 nəfərdir. Onların böyük əksəriyyəti qocalardır. Bundan başqa Kobani yaxınlığında Suriya-Türkiyə sərhədində 10-12 min sakin cəmləşib. Onların əksəriyyəti İŞİD terror xəvaric qruplaşmasının hücumlarına məruz qalmaq təhlükəsi ilə üzləşir”, deyə Fərhan Hak bildirib.

Qeyd edək ki, İŞİD terror xəvaric qruplaşması bir aya yaxındır ki Suriya-Türkiyə sərhədi yaxınlığında yerləşən Kobani şəhərini ələ keçirməyə cəhd edir. Terrorçular şəhərin bir neçə məhəlləsini və yaşayış məntəqəsinin üzərindəki strateji yüksəkliyi nəzarətə alıb.

ABŞ təyyarələrinin İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə zərbə endirməsinə baxmayaraq, terrorçular xeyli irəliləməyə müvəffəq olublar.

Qeyd edək ki, İŞİD terror xəvaric qruplaşması bir müddət əvvəl Suriya-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə cəhd edib. APA-nın Suriya mətbuatına istinadən verdiyi xəbərə görə, İŞİD terror xəvaric qruplaşması Suriya-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsini nəzarətə almaq məqsədi ilə hücuma keçib. Strateji obyektə hücum eyni vaxtda üç istiqamətdən həyata keçirilib. Qızğın döyüş zamanı, kürd silahlıları İŞİD-in həmləsini dəf ediblər.

“Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.”

Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə

Digər xəbərlər