İŞİD ABŞ bazasına hücum edib
730 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşmasının bir neçə üzvü Bağdadda Amerika bazasına hücum ediblər.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, hücumda 5 terrorçu iştirak edib.
Onlardan üçü bazanın ərazisinə daxil olub və partlayış törədiblər. “Röyters”in yaydığı məlumata görə, hücum nəticəsində 11 hərbçi öldürülüb, 22 nəfər isə ağır yaralanıb.
Qeyd edək ki, Rusiya mətbuatı İŞİD terror xəvaric qruplaşmasının Suriyanın Deyr ez-Zor şəhərində orta məktəbi atəşə tutması haqda xəbər yaymışdı. Nəticədə 9 şagird öldürülmüşdü, 15 uşaq isə ağır yaralanmışdı.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)