Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD ABŞ-ı analoji terrorla hədələdi

Noyabr 17
18:16 2015

İŞİD terror xəvaric qruplaşması Vaşinqtona zərbə endirəcəklərinə dair xəbərdarlıq ediblər.

İŞİD terror xəvaric qruplaşması Amerika Birləşmiş Ştatlarını (ABŞ) hədələyib.

“Sələf Xəbər” ANS PRESS-ə istinadən məlumat verir ki, İraqın paytaxtı Bağdaddan yayınlanan kadrlarda silahılılar Vaşinqtona zərbə endirəcəklərinə dair xəbərdarlıq ediblər. Bildiriblər ki, onlar Fransanın paytaxtı Parisdə törətdikləri hücumları Amerikada da təkrarlayacaqlar. Qruplaşma üzvləri İŞİD-ə qarşı keçirilən hava əməliyyatlarını Səlib yürüşləri ilə müqayisə ediblər. Qruplaşma üzvlərinin sözlərinə görə, İŞİD-ə qarşı əməliyyatlara qoşulan bütün ölkələr onların hədəfindədir. Silahlılar hücumların sayını artıracaqlarını və anti-İŞİD koalisiyası ölkələrində Fransa ab-havası yaşadacaqlarını qeyd ediblər.

İraqda Peşmərgə kürd qüvvələrinin İŞİD terror xəvaric qruplaşmasına qarşı əməliyyatları isə davam edir. Hərbi qüvvələr Sincar qapısı adlanan yerdə İŞİD terror xəvaric qruplaşmasına qarşı cəbhə açıblar. İŞİD terror xəvaric qruplaşmasının mövqeləri iriçaplı silahlardan atəşə tutulub. Əməliyyatlar 5 saat davam edib. Məlumata görə, döyüşlər nəticəsində 40 silahlı zərərsizləşdirilib. Silahlılar məxsus sığınacaqlar dağıdılıb. Döyüşlərdə kürd əsgərlərindən də yaralananlar olub. 3 nəfərin öldüyü, 7 nəfərin yaralandığı bildirilir.

Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.

Digər xəbərlər