Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Anqela Merkeli təhdid etdi

Avqust 06
15:25 2015

İŞİD terror xəvaric qruplaşması Almaniya və Avstriyada terror aktları həyata keçirmək niyyətində olduğu barədə video yayıb. Videoda, həmçinin Almaniya kansleri Anqela Merkel ölümlə hədələnib.

“Sələf Xəbər”in APA-ya istinadən məlumatına görə, bu barədə “Die Welt” nəşri yazıb.

Sübut üçün silahlılar iki girovu edam edib. Edam İŞİD terror xəvaric qruplaşmasının ələ keçirdiyi Suriyanın Palmira şəhərində baş tutub.

Qeyd olunur ki, silahlılar video görüntülərdə ilk dəfə olaraq alman dilində danışıb. Bu isə terrorçuların sırasında almaniyalı və avstriyalı cihadçıların olduğundan xəbər verir.

Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.

Digər xəbərlər