Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD Avropanı yenə hədələyib

Mart 29
18:20 2016

İŞİD terror xəvaric qruplaşması növbəti dəfə Avropa ölkələrini hədələyib.

“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, Hollandiyadan olan Hişam Şaib adlı terrorçu videomüraciətində Belçikada törədilmiş qanlı hadisələrə diqqət çəkərək, hücumların davamlı olacağını bildirib.

“Avropa Paris hücumlarından dərs almadı. Buna görə də Brüsseldə yeni hücumlar təşkil etdik. Bunun ardı gələcək”.

Terrorçu başda Belçika olmaqla, İŞİD terror xəvaric qruplaşmasına qarşı hərbi əməliyyatlara dəstək verən bütün ölkələrin hədəf alınacağını bildirib.

Xatırladaq ki, Brüssel hadisələrindən sonra terrorçular daha bir videomüraciət yayınlayıb. Həmin müraciətdə silahlılar Almaniyanı qan gölünə çevirəcəkləri ilə hədələyib.

Sələf Xəbər: Şeyx ibn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)

Digər xəbərlər