Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD azarkeşlərə hücum edib – 14 ölü, 20 yaralı var

May 14
16:24 2016

İraqda İŞİD terror xəvaric qruplaşması silahlıları futbol azarkeşlərinə hücum edib, 14 nəfər ölüb, 20 nəfər yaralanıb.

İŞİD terror xəvaric qruplaşması üvləri İraqın paytaxtı Bağdadda fəaliyyət göstərən “Real”ın azarkeş mərkəzinə hücum edib.

“Sələf Xəbər”in Apa-ya istinadən məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Bildirilib ki, hadisə bir qrup tərəfdarın mərkəzə toplaşaraq komandanın keçmiş oyunlarına baxdığı zaman baş verib.

İnsident zamanı məkanda 50-yə yaxın azarkeş olub. Hücum edənlərin sayı isə 3 nəfər olub. Terrorçular məkana daxil olaraq hər tərəfə yaylım atəşi açıblar.

Nəticədə, 14 nəfər ölüb, 20-yə yaxın insan isə yaralanıb.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər