Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD barədə şübhə doğuran daha bir İŞİD-çi əsir…

Aprel 20
18:51 2015

“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən xəbər verir ki, Suriya müxalifətçilərinin yaydığı məlumata görə, onlar Qabon və Teşrin məntəqəsində İŞİD terror xəvaric qruplaşmasının komandirlərindən biri olan Munzir əl-Kərami adlı birisi ilə yanaşı on nəfəri əsir götürüblər. Qəribəsi odur ki, həmin bu Munzir əl-Kərami İŞİD terror xəvaric qruplaşmasına qoşulmadan öncə müxtəlif cəbhələrdə Bəşşər Əsədin ordusunda döyüş edən zabitlərdən biri imiş.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti”- İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların- İŞİD terror xəvaric qruplaşmasının- İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər