Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD bayram namazı qılmağı qadağan etdi

İyul 11
18:05 2015

“Sələf Xəbər”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, İŞİD terror xəvaric qruplaşmasının nəzarətində olan İraqın Mosul şəhərində “bayram namazı bidətdir” (dinə sonradan əlavə olunan) adı altında, terror qruplaşması bayram namazı qılmağı qadağan edib.
Bu barədə məlumatı “Rudaw” saytı “Kürdüstan Demokratik Partiyası”nın Mosul nümayəndəsi İsmət Rəcəbə istinadən yayıb.

Terror təşkilatı qanuna əməl etmək barədə camaata ciddi xəbərdarlıq edib.

Rəcəb bildirir ki, terrorçular bayram günü səhər tezdən məscidləri bir-biri gəzəcək və bayram namazı qılanları cəzalandıracalar. İŞİD terror xəvaric qruplaşmasının bu cür xəbərdarlıq və qadağası bölgə sakinləri tərəfindən kəskin etirazla qarşılanıb.

Sələf Xəbər: Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) Mədinəyə hicrət edəndə, Mədinə sakinlərinin oynayıb-əyləndikləri iki günün olduğunu eşidir. “Bu günlər nədir?” – deyə soruşduqda, onlar: “Cahiliyyət dövründə bu iki gündə oynayardıq…” – dedilər. Peyğəmbərimiz isə (Allahın ona salavat və salamı olsun) buyurdu: “…Allah sizə bunlardan daha xeyirli olanlarını verdi: Qurban və Ramazan bayramları”. (Əbu Davud)
Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər