İŞİD, Bəşşar Əsəd və PYD eyni məqsədə xidmət edir
742 dəfə baxılıb
“İŞİD terror xəvaric qruplaşması, Bəşşar Əsəd və terrorçu Demokratik Birlik Partiyası (PYD) eyni məqsədə xidmət edir”.
“Sələf Xəbər” Report.az-a istinadən xəbər verir ki, bunu Suriya Türkmən Məclisinin Bayırbucaq bölgəsi üzrə məsulu İzzət Sohta bildirib.
O deyib ki, Suriyada oynanılan oyunları türkmənlər pozur: “Suriyada 3,5 türkmən var. Ölkənin dörd bir yanında yaşamağımız bizim ən əhəmiyyətli xüsusiyyətimizdir. Son 5 ildə oynanılan oyunun əsl mahiyyəti üzə çıxdı. İŞİD terror xəvaric qruplaşması, PYD, Bəşşar Əsəd üzdə düşməndirlər, ancaq eyni məqsədə xidmət edirlər. Hazırda üçü də birləşib Suriyanın ərazisini böyütməklə məşğuldurlar. Bu vəziyyət həm Suriya, həm də bölgə üçün olduqca təhlükəlidir. Suriyanın Tel-Abyad şəhərindən İŞİD terror xəvaric qruplaşması və Bəşşar Əsəd silahlılarının zülmündən qaçaraq, Türkiyəyə sığınan türkmənlərin geri qayıtmasına PYD imkan vermir.
PYD Türkiyə sərhədinə doğru irəliləyir. Onların hədəfi Suriyanın Afrin şəhərini ələ keçirib, Aralıq dənizinə çıxmaqdır. Dənizə çıxmaq üçünsə mütləq türkmənlərin yaşadığı Bayırbucaq bölgəsini ələ keçirməyə çalışırlar”, – deyərək İzzət Sohta vurğulayıb.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)