Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

“İŞİD bu məkanlara girsə, müharibəyə başlayacağıq”

İyul 04
14:50 2015

General Yəhya Rəhim Səfəvi İŞİD xəvaric terror qruplaşmasının İraqda şiələr üçün müqəddəs sayılan məkanlara yaxınlaşmaması haqqında xəbərdar edib.

“Sələf Xəbər” ATV.az-a istinadən bildirir ki, Səfəvi Elburz əyalətində qatıldığı yığıncaqda çıxış edərkən Tehran rəhbərliyinin İŞİD xəvaric terror qruplaşmasını İraqdakı müqəddəs türbələr mövzusunda ciddi xəbərdarlıq etdiyini deyib:

“İŞİD döyüşçüləri İraqda müqəddəs məkanlara gəlmək istəyəndə İran tərəfindən onlara xəbər göndərilib. Təşkilata bu türbələrə yaxınlaşsa, birbaşa döyüşə başlayacağımız deyilib. İŞİD xəvaric terror qruplaşması İran qüvvələrinə qarşı gələ bilməyəcəyini bilir”.

İraqda şiələr üçün müqəddəs sayılan türbələr Kərbəla, Nəcəf, Kazimiyye və Samarra şəhərlərində var.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD xəvaric terror qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər