İŞİD casusluqda günahlandırdığı 3 nəfəri diri-diri yandırdı
Fevral 07
18:49
2015
937 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması İraqın Anbar vilayətində daha 3 nəfəri edam edib.
“Sələf Xəbər” – in APA-ya istinadən verdiyi məlumata görə, terrorçular casusluqda günahlandırılan şəxsləri camaatın gözü qarşısında diri-diri yandırıblar.
Edam edilənlər İraqın təhlükəsizlik qüvvələrinə qruplaşmaya dair məlumatların ötürülməsində təqsirli biliniblər.
Fevralın 3-də İŞİD terror xəvaric qruplaşması əsir götürdüyü iordaniyalı pilot Muaz Kasasbəyin edam səhnəsini əks etdirən kadrlar yaymışdı. İnternetdə yerləşdirilmiş video çarxda silahlıların dəmir qəfəsə salınmış iordaniyalı pilotun üzərinə benzin tökərək diri-diri yandırması səhnəsi əks olunmuşdu.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120)