Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-çi İŞİD-in pulunu oğurladı

Fevral 05
22:10 2015

“Sələf Xəbər” Alanba.com-a istinadən bildirir ki, İŞİD terror xəvaric qruplaşmasının Suriya xalqından aldığı zəkat və cizyə pullarını misirli bir üzvünün hiylə ilə götürərək qaçdığını etiraf edib.

Belə ki, beytul-malın zəkat və cizyə divanının əmiri olan Əbu Ubeydə əl-Misri milyarddan çox olan Suriya lirəsini qaçırdıb.

Bu İŞİD terror xəvaric qruplaşmasının bəzi başçılarının onları tərk edərək aradan çıxması birinci deyil. Lakin bu qruplaşmanın aldadılaraq pullarının mənimsənilməsi isə ilk dəfədir.

 Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”.
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)

Digər xəbərlər