Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-çi valideynlərini ölümlə hədələdi, həbs olundu

Sentyabr 29
18:56 2015

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi ər-Riyad və əd-Dəmmam şəhərlərində İŞİD terror xəvaric qruplaşmasına aid olan dəstəsini ifşa etməsi barədə məlumat yayıb. Ər-Riyad şəhərinin əl-Feyha adlı məhəlləsində terrorçuların görüşdükləri məkan aşkar edilib.

“Sələf Xəbər”in xarici mediaya istinadən məlumatına görə, bəyanatda deyilir ki, ər-Riyad və Dəmmam şəhərlərində keçirilən dörd əməliyyat nəticəsində iki nəfər ölüb, üç nəfər həbs edilib. Qruplaşmanın Əbha məscidində partlayış törədən Yusuf Süleymanla əlaqəli olduğu bildirilir.

Ölənlərdən biri Dəmmamda, digəri isə ər-Riyadda keçirilən əməliyyatda öldürülüb.

Həbs edilən Feysəl əl-Ğamidi bir müddət öncə valideynlərini qətl ilə hədələdiyi üçün valideynləri də bu haqda polisə müraciət ediblər.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər