İŞİD-çilərin evinə basqın: 2 polis şəhid olub, 7 terrorçu məhv edilib
681 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşmasının qaldığı evə polis basqını zamanı öldürülən terrorçuların sayının 7 olduğu açıqlanıb. 3 nəfər İŞİD terror xəvaric qruplaşması üzvü isə sağ ələ keçirilib.
Türkiyənin Diyarbəkir şəhərinin Kayapınar rayonunda İŞİD terror xəvaric qruplaşması üzvlərinin cəmləşdiyi evə polis əməliyyat keçirib.
“Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, səhər saatlarında təşkil edilən əməliyyat zamanı evdə cəmləşmiş terrorçular polisə müqavimət göstərib və atışma olub.
Silahlı toqquşma nəticəsində 2 polis şəhid olub, daha 2 polis əməkdaşı isə yaralanıb. Evdə olan 4 İŞİD terror xəvaric qruplaşması üzvü öldürülüb.
Bildirilir ki, polis əməliyyata sübh çağlarında start verib və evin ətrafı zirehli texnika ilə əhatəyə alınıb. Buna baxmayaraq, terrorçular polisin müdaxiləsinə sürətlə reaksiya veriblər və atəş açmağa başlayıblar.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)