Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-çilərin maaşları belə ələ keçirildi – VİDEO

Noyabr 16
15:58 2015

“Sələf Xəbər”in alarabiyaya istinadən məlumatına görə İraq ordusu İŞİD terror xəvaric qruplaşması üçün maliyyə nəqli ilə məşğul olan şəxs haqqında əldə etdiyi kəşfiyyat məlumatlarına əsasən Səhraviyyə bölgəsində əməliyyat keçirib.
Ordu pikap maşına baxış keçirən zaman maşının yük hissəsində külli miqdarda pul aşkar etmişdir. Dindirmə zamanı sürücü pulları İŞİD terror xəvaric qruplaşması üçün daşıdığını etiraf edib. Sürücü həmçinin belə yükdaşımanı dəfələrlə həyata keçirdiyini deyib. O həmçinin daşıdığı pulun məbləğindən bixəbər olduğunu da bildirib.

BMT-nin İraq nümayəndəsi bildirib ki, İŞİD-in İraqdakı ömrünə az qalıb. Ələlxüsus Bici və Səlahəddin bölgəsini, o cümlədən Ənbar əyalətinin strateji bölgələrini itirməsi bunu deməyə əsas verir. İŞİD-in sonuncu böyük məğlubiyyəti Sincar əyalətində olmuşdur.

Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”

Digər xəbərlər