İŞİD daha bir azərbaycanlını casus adıyla edam edib
845 dəfə baxılıb
İŞİD daha bir azərbaycanlını edam edib.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, bu haqda məlumat Türkiyə mediasında yayılıb.
Əbu Mahmud adlı azərbaycanlının “Səudiyyə Ərəbistanı agenti” adıyla edam edildiyi bildirilir.
Qeyd edək ki, son dövrlər İŞİD terror xəvaric qruplaşmasının tərkibində vuruşan azərbaycanlıların müxtəlif adlar altında edam olunmaları haqda xəbərlər yayılır.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam İdeologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Buxari)