Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-dən fərqli metodla edam cəzası

Fevral 21
21:36 2015

Hər edam cəzası tətbiqində fərqli metodlara əl atan terrorçular günahsız insanları amansızlıqla öldürür.

Suriyanın Rakka şəhərində üç əsgər amansız şəkildə edam olunub.

“İslam dövləti” terror xəvaric qruplaşmasının paytaxt elan etdiyi bu şəhərdə Əsəd ordusunun döyüşçülərini xalqa linç etdirib, meyitlərini küçələrdə sürüyüblər.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşması vəhşilikdə sərhəd tanımayıblar. Hər edam cəzası tətbiqində fərqli metodlara əl atan terrorçular günahsız insanları amansızlıqla öldürür. Üç suriyalı əsgərin də meyitlərini sürüyüb, görüntülərini internetdə yayıblar.

 Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120)

Digər xəbərlər