Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-dən misilsiz vəhşilik – türkmənlərin başını kəsiblər

Yanvar 06
17:45 2016

İŞİD silahlıları Suriyada çox sayda türkmənin başını kəsərək kənd meydanına düzüblər.

Son həftələr müxtəlif cəbhələrdə ardıcıl məğlubiyyətlərə düçar olan İŞİD terror xəvaric qruplaşması növbəti misilsiz vəhşiliyə imza atıb.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, İŞİD terror xəvaric qruplaşması silahlıları Suriyada çox sayda türkmənin başını kəsərək kənd meydanına düzüblər.

Bir müddət əvvəl İŞİD terror xəvaric qruplaşmasının işğalı altında olan Azəz şəhərinin Düdən kəndi türkmənlərə aid “Sultan Murad” diviziyası tərəfindən geri alınmışdı. Kəndi itirən İŞİD terror xəvaric qruplaşması silahlıları isə dəhşətli bir plan hazırlayıblar. Qruplaşma üzvləri saqqallarını qırxaraq və paltarlarını dəyişdirərək kəndlilərin arasına qarışıblar.

Silahlılar pusqu quraraq 35 türkmənin başını kəsiblər və həmin başları kəndin meydanına düzüblər. Türkmən qüvvələri bu vəhşiliyi törədərək kənddən qaçan İŞİD terror xəvaric qruplaşması silahlılarını ələ keçirmək üçün əməliyyatlara başlayıblar.

Qanlı hadisənin qurbanlarından biri olan Əli Mustafanın Qaziantepdə yaşayan qardaşı Camal Mustafa ərəblərdən ibarət “Cəbhəyi Şamiyyə” birliyinin İŞİD terror xəvaric qruplaşması ilə əməkdaşlıq etdiyini, türkmənlərə “heç bir təhlükə yoxdur” – deyərək kəndə girmələrinə yardım etdiklərini deyib.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər