Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

İŞİD-dən Ramazan ayına yeni qadağalar

May 18
18:55 2015

İŞİD terror xəvaric qruplaşması işğal etdiyi Mosul şəhərində Ramazan ayı üçün yeni qadağalar müəyyən edib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, İŞİD terror xəvaric qruplaşması əhaliyə müraciət edərək Ramazan ayında 2 saat işləməyi, qalan vaxtlarda isə yalnız ibadət etməyi vacib bilib.

Rudav-ın məlumatına görə, İŞİD terror xəvaric qruplaşması bu barədə şəhərdə yayımlanan televiziya vasitəsilə məlumat verib.

Təşkilatın Ramazan ayı üçün digər təəccüblü qadağası isə qadınlarla bağlıdır. Belə ki, orucluq günlərində heç bir qadın şəhərdə görünə bilməz.

Qeyd edək ki, uzun əsrlər Azərbaycanın (Səfəvilər) tərkibində olan Mosulda yaşayanların əksəri azərbaycanlılardır.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”. (Müslim)

Digər xəbərlər