İŞİD döyüşməkdən imtina edən 30 gənci edam edib
624 dəfə baxılıb
Onlar terrorçuların əmrindən çıxıblar.
“Sələf Xəbər” Oxu.Az-a istinadən məlumat verir ki, İŞİD terror xəvaric qruplaşmasının döyüşçüləri 16 yaşa qədər olan 30 suriyalı gənci İraqın Ramadi şəhərində gedən döyüşlərə qatılmaqdan imtina etdikləri üçün edam edib.
İraqın Nayvan vilayətinin nümayəndəsinin sözlərinə görə, gənclər terrorçuların onlar üçün müəyyənləşdirdiyi postları tərk edərək qaçıblar.
Yaraqlılar gəncləri fərarilikdə ittiham edərək Mosul şəhərinə gətiriblər və burada Əl-Kiyara meydanında onları edam ediblər.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
“Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz, öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)
Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi)